İnterpress.az ərəb mətbuatına istinad edərək xəbər verir ki, məhkəmə mənbələrindən alınan məlumata görə, Qahirənin cənubundakı Tora Həbsxanasında Mursinin şahid olaraq danışdırıldığı, 2013-cü ilin yanvarında baş verən Port Səid hadisələri ilə bağlı cinayət işinin məhkəmə iclası keçirilib.
Məhkəmə iclas öncəsi istintaqı rədd edən və əvvəl vəkillərin nümayəndə heyəti ilə görüşmək istəyən Mursi, \”Mən hələ də bu ölkənin prezidentiyəm. Konstitusiyaya görə adi məhkəmələr mənimlə istintaq aparmaq hüququna malik deyil\” – dedi.
Misirin Şimal-Şərqindəki Port Səid şəhərində 2013-cü ilin yanvarında \”Əl-Ərəb\” Polis Mərkəzinə basqın təşkil olunduğu və baş verən hadisələrdə hadisələrdə 5 adamın həyatını itirdiyi bildirilmişdi.
Interpress