İnterpress.az fransız mətbuatına istinadən xəbər verir ki, Fransız \”Le Point\” qəzeti, Sent-Denis şəhərində baş verən hücumda üzərindəki bombanı partladıb özünü öldürən qadının kimliyini açıqlayıb. Qəzet qadının Paris faciəsinin beyni olaraq adlandırılan Abdelhamid Abaaoudun əmisi qızı olduğunu iddia edərkən, İngilis \”Daily Mail\” qəzeti canlı bombanın Abaaoudun arvadı ola biləcəyini də qeyd edir. Kimliyi aydın olmamaqla birlikdə qadının adı hələ açıqlanmış deyil.
\”Le Parisien\” qəzetinin bir şahidə əsaslandırdığı xəbərində isə, uzun sarı saçlı bir qadın polislə danışarkən görülüb. Bu qadının canlı bomba olduğunu ifadə edən şahid o anları belə izah etdi:
\”Polisin qadına qollarını endirməməsini əmr edib. Qadın qollarını endirdi və sonra çox böyük bir gurultu eşidildi. O anda bombanı partlatdığını ehtimal edirəm. Küçədəki bir çox dükanın şüşələri sınıb\”.
Interpress