Hər həftə bir müsəlman öldürəcəyəm- VIDEObackend

Hər həftə bir müsəlman öldürəcəyəm- VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə 132 nəfərin öldürüldüyü hücumlardan sonra İslamofob(anti İslam) hücumlar və ritorikalar artarkən, Kanadanın Quebec əyalətində yaşayan bir adamın çəkdiyi video sosial medianın ən çox danışılan mövzusuna çevrildi.

Kimliyi məlum olmayan bu adam, \”Joker\” maskası taxaraq çəkdiyi videoda hər həftə bir müsəlman və ya ərəb öldürəcəyini deyib. Polis,müsəlmanlara təhdid yağdıran bu adamı axtarır.

\”Montreal Gazette\”-nin xəbərinə görə, \”Youtube-\”yə yüklənən videoda \”Joker\” maskalı adam, hökumətin Quebecdəki müsəlman və ərəblərlə bağlı\” heç bir şey etməməsindən sonra\” özünün hərəkətə keçəcəyini açıqlayıb.

Kameraya silahını göstərən adam, daha sonra hər həftə bir müsəlman və ya ərəb öldürəcəyini söyləyir və buna gələn həftə başlayacağını vurğulayır. Naməlum şəxs, \”Youtube\”-da olan videoda tək olmadığını və cinayətlərdə ona kömək edəcək insanların olduğunu bildirir.

Interpress.azhttps://youtube.com/watch?v=U3b1Fug0IsI