İnterpress.az \”AzNews.az\” a istinadən xəbər verir ki, “MTN işi”nə görə işdən çıxarılan və hazırda ev dustağı olan Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin yaxın adamı – qudası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işləyir. Onun da bu yaxınlarda MTN-də baş verən hadisələrə görə dindiriləcəyi bildirilir.
Qeyd edək ki, “MTN işi”nə görə indiyə kimi xeyli sayda yüksək vəzifəli şəxs istintaqa cəlb olunub. Onlar arasında MTN-də işləməyən, lakin E.Mahmudovun cinayətlərində iştirakı ehtimalı olan, eləcə həbs olunan şəxslərin vəzifədə olan qohumları da var.
İnterpress.az