Deputat Əhməd Vəliyevin evsiz qoyduğu 8 nəfərlik ailənin dramı-FOTOLARbackend

Deputat Əhməd Vəliyevin evsiz qoyduğu 8 nəfərlik ailənin dramı-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bura paytaxtın “Ağ Şəhər” deyilən ərazisidir. Şəkillərdə gördüyünüz bu taxta daxma isə neft ölkəsinin vətəndaşı Naib Xudiyevin 8 nəfərlik ailəsinə məxsusdur. Daha doğrusu, bu ikiotaqlı taxta daxmada iki ailə yaşayır. Ən ağrılısı odur ki, odun sobası ilə qızdırılan bu daxmada iki azyaşlı böyüyür.

Deputat Əhməd Vəliyevin evsiz qoyduğu 8 nəfərlik ailənin dramı-FOTOLAR

Naib Xudiyev Yardımlı rayonunun Ünəş kəndində dünyaya gəlib (2008-ci ilin 13 iyunundan Ünəş kəndi qəsəbə status daşıyır-A.A). Deyir ki, doğulduğumuz kənddə camaatın yeganə qazanc yeri olan dəmiyə əkinçiliyidir, o da yağış yağandan-yağana əkdiyimiz bitər-bitməz, onu da Allah bilər.

Deputat Əhməd Vəliyevin evsiz qoyduğu 8 nəfərlik ailənin dramı-FOTOLAR

Qonağı olduğumuz bu evin sahibi deyir ki, zibilliklərdən yığıdığı atılmış taxta ilə birtəhər düzəldib, içinə girdikləri bu evin digər iki otağını da Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin qoçuları onun əlindən alıb:

Deputat Əhməd Vəliyevin evsiz qoyduğu 8 nəfərlik ailənin dramı-FOTOLAR

“Evimin iki otağını əlimdən aldılar. Mənə dedilər ki, Əhməd müəllim pulunu verəcək, çıx burdan, biz buranı almışıq. Mən də əlacsız qalıb iki otağı boşaltdım. İndi həyat yoldaşım, iki oğlum, gəlinim, və nəvələrimlə birgə bu ikiotaqlı evdə yaşayırıq”.

Deputat Əhməd Vəliyevin evsiz qoyduğu 8 nəfərlik ailənin dramı-FOTOLAR

Xətai rayonunun “Ağ Şəhər” deyilən ərazisində yaşayan bu ailənin taxta daxması ətrafda ucaldılan hündürmərtəbəli tikililərin yanında çox niskilli görünür. Hələ bu evin bacasından çıxan tüstü eyni ilə kənd evlərini xatırladır.

Deputat Əhməd Vəliyevin evsiz qoyduğu 8 nəfərlik ailənin dramı-FOTOLAR

Evin dörd tərəfində tikinti işləri getdiyindən ağır tonajlı yük maşınlarının hər gedişi evi silkələyir. Üstəlik, evin divarları taxta və nazik klyonka olduğundan küçədəki bütün səs evin içindədir. Evin döşəməsi isə evdəkilərin ayağını isladır.

Deputat Əhməd Vəliyevin evsiz qoyduğu 8 nəfərlik ailənin dramı-FOTOLAR

“Mən baş götürüb qaçdım Bakıya. O zaman mərhum jurnalist Elmar Hüseynovla birgə nəşriyyatda işləyirdik. Sonra müəyyən səbəblərdən o redaksiya dağıldı. Mən elə o zamandan bu gördüyünüz qaraja gözətçi işinə düzəldim. Qarajın o zanmankı sahibi gürcüstanlı iş adamı Ruhid adlı şəxs idi. O, mənə işimə görə maaş vermədi. Ruhid dedi ki, “işlə burda, torpaq satılanda sənə pul verəcəm zəhmət haqqının müqabilində”. Mən on il işlədim Ruhid müəllimlə. Sonra o, ağır xəstəlikdən dünyasını dəyişdi və qarajı Firudin adlı şəxs aldı. Amma artıq iki ildir ki, qarajın sahibi Odlar yurdu Universitetinin rektoru Əhməd Vəliyevdir”.

Deputat Əhməd Vəliyevin evsiz qoyduğu 8 nəfərlik ailənin dramı-FOTOLAR

Naibgil ailədə 18 bacı-qardaş olublar. Doğulandan kasıbçılıq içində boğulan Naib Xudiyev bu əzabın bitəcəyinə inanmır.

Deputat Əhməd Vəliyevin evsiz qoyduğu 8 nəfərlik ailənin dramı-FOTOLAR

Hazırda zibilliklərdən dəmir-dümür yığıb satan həmsöhbətimin yeganə qazanc yeri də elə atılmış dəmirlərdir. Nə yaxşı ki, heç olmaya istifadəyə yararsız dəmirlər var və nə yaxşı ki, bu dəmirləri zibilliklərə atırlar. Yoxsa, neft və milyonlar səltənətinin sakinləri olan Xudiyevlər ailəsi eyniylə İkinci Dünya Savaşında olduğu kimi acından ölərlər.

Deputat Əhməd Vəliyevin evsiz qoyduğu 8 nəfərlik ailənin dramı-FOTOLAR

Arzu Abdulla
P.S
Son dövürlərin tuthatutu, həbsləri və bu həbslər nəticəsində kürsüsü ilə birgə bütün həyatını itirənlərin nümayiş olunan milyonluq sərvətlərinə baxdıqca, bu ölkədə doğulmağın faciəsini daha dərindən anladım. Sən demə, bal tutan barmaq yalayar ifadəsi də elə bizim ölkəmiz üçün keçərli imiş. Sən demə, ancaq balı tutan bir-iki nəfərin barmağına dəyirmiş bal, kənardakı milyonlar isə zibilliklərə atılan dəmir-dümürə, taxta-paraya möhtac imiş…

Deputat Əhməd Vəliyevin evsiz qoyduğu 8 nəfərlik ailənin dramı-FOTOLAR

İnterpress.az