Şimali Kiprinin müstəqilliyinin 32-ci ildönümü Azərbaycanda qeyd olunubbackend

Şimali Kiprinin müstəqilliyinin 32-ci ildönümü Azərbaycanda qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az yerli mətbuata istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (Şimali Kipr) yaranmasının 32-ci İldönümü, paytaxt Bakıda təşkil olunmuş ziyafətlə qeyd olunub. Şimali Kiprinin Azərbaycan Nümayəndəsi Sadettin Topukçunun ev sahibliyi etdiyi ziyafətə Türkiyənin Bakıdakı Səfirliyinin Müşaviri Meral Barlas, Silahlı Qüvvələr Attaşesi General-mayor Ehsan Başbozkurt, Azərbaycanda olan Quru Qüvvələri Komandanı, Ordu Generalı Salih Zeki Çolak, Azərbaycanlı millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən Türk iş adamları və çox sayda dəvətli qatılıb. İki ölkənin himnlərinin oxunması ilə başlayan qəbulda çıxış edən Sadettin Topukçu, \”Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 32-ci ildönümü səbəbilə təşkil etmiş olduğumuz tədbirimizə xoş gəlmisiniz. Ana vətən Türkiyənin dəstəyi ilə bu günlərə gəldik. Bilirik ki, Azərbaycan xalqıda hər zaman qəlbən bizimlə olmuşdur. Onların da problemləri var. İnşallah, çox tezliklə Qarabağda Azərbaycan xalqının maraqları istiqamətində layiq olduğu yerə qovuşar. Birlik və bərabərlik içərisində hər şey edə bilərik. Bu düşüncələr içərisində mübarizəmizdə bizə Şimali Kiprə ilk lider olan Doktor Fazil Küçük-ü, Qurucu Prezident Rauf Denktaşı, mübarizəmizdə ilham mənbəyi olan Mustafa Kamal Atatürkü və bütün şəhidlərimizi rəhmət və minnətdarlıqla anırıq. Onların sayəsində bu gün özünəməxsus bir şəkildə Şimali Kipr Türk Respublikasında yaşayırıq. Bunun qiymətini bilirik. Sizlərə bizlərlə olduğunuza görə bir daha təşəkkür edirəm\” dedi.

İnterpress.az