İnterpress.az İranın yarı rəsmi \”Tasnim Xəbər Agentliyi\”-nə istinad edərək xəbər verir ki,İranlı hərbiçi Məhəmməd Rza İbrahimi bu gün Hələbdə öldürülüb.
Öldürülən hərbiçinin rütbəsi bildirilmir. Cənazəsinin sabah İsfahan şəhərində dəfn ediləcəyi xəbər verilir.
Suriyada 15 Mart 2011-ci ildə başlayan müharibənin davam etməsindən bu günə qədər 300 mindən çox insan həyatını itirib və milyonlarla insanın öz doğma yurdundan didərgin düşmüşdür.Bu daxili müharibədə İran qoşunları, rejim gücləri ilə birlikdə müxaliflərə qarşı vuruşur.
Tehran rəhbərliyi, Suriyadakı toqquşmalardan bu günə qədər 8 general olmaq üzrə 400-dən çox əsgərini itirib. Ötən ayda İranın dəstəklədiyi Hizbullahın da 2 yüksək rütbəli komandanı Suriyada öldürülüb.
İnterpress.az