İnterpress.az İraq mətbuatına istinadən xəbər verir ki, İraq Səhiyyə Nazirliyi Sözçüsü Əhməd ər-Rudeyni verdiyi açıqlamada, ölkənin müxtəlif bölgələrində 12 gündə daha 281 adama vəba diaqnozu qoyulduğunu bildirərək, ölkə daxilində vəbaya yoluxmuş xəstə sayının 2 min 757 nəfərə yüksəldiyini dedi.
Rudeyni, vəbaya yoluxan xəstələrin 90 faizinin yaxşılaşmağa başladığını qeyd edib.
Digər tərəfdən, Bağdad Vilayəti Səhiyyə Direktoru Həmdi Əbdu xəstə sayının artmasına səbəbin vətəndaşların göstərişlərə riayət etməməsi olduğuna işarə edib.
Əbdu, gələn günlərdə, \”Kərbəlada şəhid edilən Həzrəti Hüseyn(ə) və 72 şəhid yoldaşının xatirəsinə Aşura Günündən 40 gün sonra təşkil olunan \”Ərbəin\” (Qırxıncı Gün) mərasimləri çərçivəsində Kərbəla şəhərinə minlərlə adamın gəlməsini, xəstəliyin daha çox yayılacağı barədə narahatlıqların artdığını\” dilə gətirdi.
İnterpress.az