Goranboyda 78 yaşlı qadın yanıbbackend

Goranboyda 78 yaşlı qadın yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xoylu kənd sakini, 1937-ci il təvəllüdlü Ağgül Mehdiyeva yuxarı ətrafın 2-3-cü dərəcəli yanığı xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə A. Mehdiyeva yaşadığı evdə odun sobasını yandırarkən ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Interpress.az