Dövlət Neft Fondunun yeni binasına 30 ton qızıl daşınacaqbackend

Dövlət Neft Fondunun yeni binasına 30 ton qızıl daşınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Mərkəzi Bankda (AMB) saxlanılan qızıl ehtiyatları fondun binasında qorunacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin əməkdaşı Elnur Babayev məlumat verib.

“Hazırda bu istiqamətdə işlər gedir. Binanın tam təhlükəsizliyi, saxlanma anbarında işləyəcək şəxslərin müəyyənləşdirilməsi, polisin cəlb olunması və digər proseslər var. Bu işlər bir az vaxt alacaq. Amma yaxın müddətdə bu işlər yekunlaşacaq”, – deyə E. Babayev vurğulayıb.

Hazırda qızıl ehtiyatı ARDNF-in ümumi portfelinin 3,3%-ni təşkil edir.

Qeyd edək ki, fondun 30 ton qızıl ehtiyatı var.

Xatırladaq ki, AMB-dən əvvəl fondun qızıl ehtiyatları Londonda “JP Morgan” bankında saxlanılıb və hissə-hissə ölkəyə gətirilərək saxlanmaq üçün Mərkəzi Banka təhvil verilib.(apa)

Interpress.az