Fransa iqtisadçılar heyəti Tehrana gəlirbackend

Fransa iqtisadçılar heyəti Tehrana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, 150 nəfərlik fransız heyətinə Fransanın Kənd Təsərrüfatı Naziri Stefan Luful və xarici ticarət və turizm məsələləri üzrə müşaviri Matius Fakel başçılıq edirlər.
Fransız heyət Tehranda olduğu müddət ərzində İranın siyasi-iqtisadi rəsmiləri habelə, ticarət palatası üzvləri ilə görüşüb, müxtəlif məsələlər o cümlədən turizm, sənaye, sığorta, yüklərin daşınması və digər sahələrlə bağlı əməkdaşlıq yollarını araşdıracaq.
Fransa Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Fransa iqtisadi heyətinin Tehrana səfəri bu ölkənin xarici işlər naziri Loran Fabiosun İrana olacaq səfərinin ardınca baş tutacaq.
İran İslam Respublikası və Fransa sanksiyalardan öncəki dövrdə neft məhsullarını çıxmaq şərtilə, 4 milyard dollarlıq illik ticarət dövriyyəsinə malik idilər.

İnterpress.az