Layihənin əsas məqsədi maarifçiliklə yanaşı ictimai sferanın və ictimai müzakirələrin genişlənməsinə və inkişafına dəstək olmaq, bununla yanaşı gənclərlə ekspertlər arasında körpü rolunu oynamaqdır.
Layihə zamanı MİL Şəbəkəsi daxilində MİL Kitab layihəsi çərçivəsində yenidən nəşr olunan dəyərli maarifçimiz Əhməd bəy Ağaoğlunun “Sərbəst İnsanlar Ölkəsində” kitabının təqdimatı və satışı həyata keçiriləcək. Simpoziumun ilk mövzusu kitaba uyğun olaraq hazırlanmış “Azad İnsan Konsepsiyası” olacaqdır. Tədbir zamanı spikerlər mövzuya fərqli aspektlərdən yanaşaraq öz fikirlərini bizlərlə bölüşəcəklər.
Müzakirə olunacaq mövzular:
1. Rəhman Bədəlov – “Sərbəst İnsanlar Ölkəsində” kitabı barədə
2. Rasim Qaraca – “Müasir ədəbiyyatımız azad insan yetişdirə bilirmi?”
3. Yalçın İslamzadə – “İnsan təbiəti nədir?”
4. Günel Səfərova – “Azərbaycan ailəsi azad insan yetişdirə bilirmi?”
MİL Simpoziumda iştirak tam ödənişsizdir.
Buradan qeydiyyatdan keçə bilərsiniz: