Videoçarxda təşkilat bu dəfə paytaxt Nyu-Yorkda \”Times Meydanı\”nda terror törədəcəyini bildirib.
Yayılan görüntülərdə bir İŞİD silahlısının hazırladığı bombaları qurşaq şəklində öz belinə bağladığı və jaketinin altında gizlətdiyi görünür.
\”Times Meydanı\”ndan görüntülərlə birləşdirilərək verilən kadrlarda İŞİD silahlısının həmin meydana gedərək bombanı partlatdığı mənası verilir. Yayımlanan videonun bir kamikadzenin necə hazırlandığına dair daha əvvəl çəkilən görüntülərin yenidən quraşdırılmış halı olduğu bildirilib.
Video yayımlanandan dərhal sonra Nyu-York Polis Departamentinin kamissarı Villiam Bratton videonun təcili şəkildə hazırlandığını bildirərək \”bundan xəbərimiz var, ancaq qorxmadıq\” açıqlamasını verib:
\”Polis xalqı qoruyacaq. Terrorçular bizi qorxuda bilməyəcəklər. Onlar bizi qorxutmaq üçün belə bir addım atıblar. Biz qorxuyla yaşamayacağıq\”.
Nyu-Yorkun bələdiyyə başçısı Bil de Blasio da, şəhər əhalisinə müraciət edərək, əhalini işləri ilə məşğul olmalarına, dünyanın ən gözəl şəhərindən həzz almalarına çağrıb.
\”Times Meydanı\”nda noyabr ayının 26-da \”Şükranıqlıq Bayramı\” münasibəti ilə parad, dekabr ayının 2-də isə yeni il bayramı münasibəti ilə yolkaların işıqlandırılması mərasimləri olacaq.
İki gün əvvəl də terrorçu qruplaşma yeni terror aktları törədəcəyi ilə bağlı video-müraciət yayıb.
Yayılan video-müraciətdə terrorçu qruplaşma növbəti hədəfin Suriyada terrorçuluğa qarşı koalisiyanın iştirakçı dövlətlərindən birinin olacağını qeyd edilirdi.
İŞİD terrorçu qruplaşması yaydığı yeni video-müraciətdə Suriyada terrorçularla mübarizədə iştirak edən ölkələri növbəti terror aktları ilə hədələyib. Terrorçuların sözlərinə görə, ən yaxın hədəflərdən biri Vaşinqton olmalıdır:
“Yeni \”səlib yürüşündə\” iştirak edən bütün ölkələr öz payını alacaq. And içirik ki, Paris kimi biz Vaşinqtonu da vuracağıq”, – deyə video-müraciətdə deyilir. Noyabrın 15-də İraq xüsusi xidmət orqanları yeni informasiya yayıb. Onların verdiyi xəbərə görə, İŞİD terrorçu qruplaşması terror aktlarının keçirilməsi üçün üç ölkə seçiblər: Fransa, ABŞ və İran\”. ( anspress.com )
İnterpress.az