Dünyada işsiz gənclərin sayı artırbackend

Dünyada işsiz gənclərin sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, G20-nin maliyyə sistemi üzərində işinin son dövrdə məşğulluq yönümlü olaraq dəyişdirildiyi bildirilir. G20 sammiti ölkələrindəki məşğulluğa diqqəti çəkdi. Maliyyə böhranı qlobal miqyasda 15 milyonluq məşğulluğu yox edib.
Qlobal mənada iş qüvvəsi kəsirinə toxunan G20 sammitində bildirildi ki, dünyada hər il təxminən 40 milyon gənc, iş axtarmağa çıxır, amma hər il yalnız 3 milyon gənc üçün məşğulluq yaradılır.
37 milyonluq bir gənclik ordusu isə işsizlikdən əziyyət çəkir.

İnterpress.az