“Beynəlxalq Bank işi” ilə bağlı həbs müddəti artırılanlardan daha 5 nəfərin adları məlum oldubackend

“Beynəlxalq Bank işi” ilə bağlı həbs müddəti artırılanlardan daha 5 nəfərin adları məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmin şəxslər Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradovdur.

Qeyd edək ki, dünən Trend həmin işlə bağlı həbs müddəti uzadılan digər şəxslərin də adlarını açıqlamışdı. Onlar iş adamları – Azərbaycan Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynov, \”Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənovdur. Həbs müddəti uzadılanlardan daha biri isə “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzdur.

Həbs müddəti uzadılan şəxslər hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin ABB-nin sabiq rəhbəri Cahangir Hacıyev də istintaqa cəlb olunub. C.Hacıyev iş üzrə bir neçə dəfə ifadə verib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.(trend)

İnterpress.az