Avstraliya hava limanlarında 200 şübhəli sərnişin saxlanıldıbackend

Avstraliya hava limanlarında 200 şübhəli sərnişin saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verrir ki, Avstraliya Sərhəd Qoruma Qüvvəsi tərəfindən verilən açıqlamaya görə, terror təşkilatlarına qoşulmaq, ya da dəstək şübhəsilə bu şəkildə Avstraliyadan getməsi qadağan olunanların sayında ciddi artım müşahidə olunur.

Avstraliya Köçkünlərlə İş Üzrə Naziri Piter Dutton, \”Son bir neçə ay ərzində milli təhlükəsizliyimiz üçün təhlükə yaratdığını düşündüyümüz 199 nəfərinin sərnişin təyyarələrinə minməsinə mane olduq. Eyni səbəblərlə Avstraliyadan ayrılmasını qadağan etdiyimiz insanların sayında kəskin artım var. Bu adamların təyyarəyə minməsinə mane olmasının əsas səbəbləri,onların ölkə xaricində Suriya və ya İraqa gedərək müharibə edəcəkləri istiqamətində güclü şübhəli davranışlar nümayiş etdirmiş olmasıdır\”. Açıqlamasını verdi.

Son bir il ərzində qeyri-müəyyən məqsədlərlə Suriya və İraqa getmək istəyən 336 nəfər hava limanından təyyarəyə minmək ərəfəsində gömrük polisləri tərəfindən dayandırıldı və ölkədən çıxmalarına qadağa qoyuldu. Bunların arasında yaşları kiçik olan, hətta uşaqları ilə getmək istəyənlər də var.

Dutton, \”Bu şəkildə hava limanında saxlanılanların bir çoxu lazımi araşdırmalardan sonra başqa vaxtlarda səyahətlərini edə bildilər. Amma mühüm bir hissəsinin milli təhlükəsizlik səbəbilə ölkədən çıxması qadağan olundu. Bunlar Avstraliya Federal Polisi və ya qapalı təhlükəsizlik qurumlarına həvalə edilib və lazımi araşdırmalar başlanılıb. Bunlar üçün bir izləmə sistemi qurulub\”. Şəklində danışdı.

Avstraliya, Suriya və İraqdakı İŞİD terrorunun xüsusən qərb ölkələrinə yayılması ilə 2014-ci ilin avqust ayında Avstraliya Hava limanlarında fəaliyyət göstərən xüsusi antiterror qurumu yaradıldı. Bu orqan bu ana qədər vəziyyətləri şübhəli olan 535 sərnişini hava limanlarından geri qaytardı. 194 mindən çox adam da təhlükəsizlik yoxlamasından keçirilib.

İnterpress.az