“Formula 1” Qran-prisi ilə əlaqədar Bakının mərkəzi yolları bir həftə bağlı olacaq.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf məlumat verib. O bildirib ki, yolların bir həftə bağlı olacağı gözlənilir:
“Bununla bağlı hələ dəqiq tarix qərara alınmayıb”.
Xatırladaq ki, “Formula 1” 4 – 6 iyunda keçiriləcək.
İnterpress.az