Bakıda bir gündə üç nəfər intihar etdibackend

Bakıda bir gündə üç nəfər intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Bakı şəhərində 3 intihar hadisəsi qeydə alınıb. Bakı sakini 1973-cü il təvəllüdlü Tərlan Əliyev Novxanıdakı bağ evində iplə özünü asaraq intihar edib.

Başqa bir intihar hadisəsi isə Nardaran qəsəbəsində qeydə alınıb. 1975-ci il təvəllüdlü İlham Qasımov da iplə özünü asaraq canına qəsd edib.

Əslən türk olan 15 yaşlı Məhəmməd Kalkan isə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.

Hadisə dünən saat 13:15 radələrində Nərimanov rayonu, Təbriz küçəsində baş verib.

Hər 3 faktla bağlı müvafiq rayon polis idarələri tərəfindən araşdırma aparılır.