Ronaldo müqavilə imzaladı: 5 ildə 15 milyon avro alacaqbackend

Ronaldo müqavilə imzaladı: 5 ildə 15 milyon avro alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted” yeni transferi Kriştiano Ronaldo ilə müqavilə imzalayıb. 36 yaşlı hücumçu ilə 2+1 illik müqaviləyə qol çəkilib.

 

Daha əvvəl “qırmızı şeytanlar”ın qarşı tərəfə keçid üçün 15 milyon avro ödəyəcəyi bildirilmişdi. Bu məbləğ 5 il ərzində ödəniləcək. Həmçinin müqaviləyə 8 milyon avro bonus da daxildir.

Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə də “Mançester Yunayted”də oynayıb.