Futbol oyununda azarkeş məşqçiyə atəş açdıbackend

Futbol oyununda azarkeş məşqçiyə atəş açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinanın üçüncü futbol divizionunda “Ferro Heneral Piko” və “Urakan Las-Eras” klubları arasında keçirilən oyunda azarkeşlər arasında dava düşüb.

davada iştirak edən azarkeşlərdən biri odlu silahdan istifadə edib və təsadüfən “Ferro”nun məşqçisi Maurisio Romeronu vurub. Qarşılaşma iştirakçıları yaralını özləri ilə podiumun altındakı otağa apararaq meydandan qaçıblar.

Çiynindən yüngül yaralanan mütəxəssis xəstəxanaya çatdırılıb. İndi Romeronun həyatı təhlükədə deyil, məşqçi polisə ərizə yazmağa hazırlaşır. Atəş açanın tapılıb-tapılmaması dəqiqləşdirilməyib.

Görüşün dayandırıldığı vaxt “Huracan” 3:1 hesabı ilə öndə olub. Qarşılaşmanın davam etdirilməməsinə qərar verilib.