Zəfərimizə kölgə salmaq İSTƏYƏNLƏR:  “Soydaşlarımıza qarşı ermənilərin hücumları ola bilər”backend

Zəfərimizə kölgə salmaq İSTƏYƏNLƏR:  “Soydaşlarımıza qarşı ermənilərin hücumları ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəfər Günü təkcə Azərbaycan xalqının deyil, həm də bu zəfərə siyasi, diplomatik, iqtisadi dəstək verən dost, qardaş strateji tərəfdaş ölkələrin də zəfəridir”.

Bunu bu gün ölkə xaricində keçiriləcək Zəfər Günü tədbirləri zamanı ermənilərin təxribatlar törədilə biləcəyi ehtimalını dəyərləndirən siyasi şərhçi Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağ klanı bu gün İrəvanda Baş nazir Nikol Paşinyan əleyhinə mitinq keçirəcəyini elan edib və eyni zamanda xarici ölkələrdəki tərəfdarlarını da küçələrə çıxmağa səsləyib. Bu isə heç də təsadüfi deyil:

“Qarabağ klanı bununla bir daha Ermənistanın 44 günlük müharibədə üzləşdiyi məğlubiyyətin məsuliyyətini Paşinyan administrasiyasının üzərinə ataraq erməni xalqının yaralarından istifadə edib, ölkə daxilində və xaricində revanşizm duyğularını oynadaraq öz nüfuzunu artırmağa çalışacaq. Bu istiqamətdə Qarabağ klanına xüsusilə terrorçu Daşnaksütun partiyası və onun xaricdəki büroları, həmçinin erməni lobbisi dəstək verəcək. Ehtimal ki, etiraz aksiyaları ABŞ, Fransa, Almaniya, Hollandiya və s. ölkələrdə daha qabarıq şəkildə özünü büruzə verəcək.

İrəvandakı mitinqlərin hədəfinin Baş nazir Nikol Paşinyan olacağı məlumdur. Xarici ölkələrdəki yürüşlərdə etirazın hədəfi isə Azərbaycan olacaq. Buna görə də Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və soydaşlarımız xüsusilə diqqətli olmalıdır. Çünki ermənilər səfirliklərimizin qarşısında da toplaşacaqlar. Bundan başqa, sivil qaydada Zəfər Gününü qeyd etmək istəyəcək xaricdə yaşayan soydaşlarımıza qarşı ermənilərin provakasiyaları, hətta hücumları da ola bilər. Ermənilərin ehtimal hücumlarının qarşısı alınmalıdır. Bu istiqamətdə xaricdə yaşayan soydaşlarımız Zəfər Günü tədbirlərini maksimum dərəcədə çox iştirakçı, qonaqlar ilə qeyd etməlidir. Yəni xaricdə keçiriləcək Zəfər Günü tədbirləri daha güclü diaspor və lobbi fəaliyyəti olan dost ölkələr və onların xaricdə yaşayan vətəndaşlarının iştirakı ilə birlikdə keçirilə bilər. Bu, həm xarici ölkələrdə keçiriləcək Zəfər Günü tədbirlərinə həmin ölkələrin mediasının diqqətini çəkəcək, həm bizə say üstünlüyü verəcək, həm də ehtimal erməni təxribatlarının qarşısını almış olacaq.

Gülşən