Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə yayılan videosu barədə danışıb.
müğənni Roza Zərgərlinin proqramında qonaq olan Nadir tənqid edilən görüntülərdən danışaraq Ayanın qızı yaşında olduğunu bildirib:
“Ayan mənim qızım yaşındadır. Birinci övladım yaşasaydı, Ayanla yaşıd olardı”.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə iki sənətçinin səmimi görüntüləri yayılmışdı və Qafarzadə görüntülərə görə izləyicilərindən üzr istəmişdi.






