“Yaz aylarında pandemiya bitəcək” – Həkimdən proqnozbackend

“Yaz aylarında pandemiya bitəcək” – Həkimdən proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyə nazirinin birinci müavini Teymur Musayev karantin rejiminin sərtləşdirilməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib. Nazir müavini ölkədə pandemiya ilə bağlı vəziyyətin nəzarət altında olduğunu deyib.

O, koronavirusla bağlı heç bir əlavə tədbirin düşünülmədiyini vurğulayıb.

Yenisabah.az-a nazir müavininin bu açıqlamasını şərh edən Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Radiasiya Diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib ki, bunun insanlarda arxayınçılıq yaradacağını düşünmür:

“Nazir müavini nəzərə alıb ki, insanlarda davamlı stress yaratmaq olmaz. Vəziyyət həqiqətən də nəzarət altındadır. Mən də bu fikirlə razıyam ki, əlavə tədbirlərə hələ ki ehtiyac yoxdur. Yoluxma təhlükəli hədd də deyil”.

Həkimin sözlərinə görə, yoluxma statistikası o qədər də önəmli deyil:

“Say vacib deyil. Yoluxma sayından vacib ağır xəstələrin sayıdır. Ağır xəstələrin sayı, xəstəxanalarda yerin olub-olmaması əsas amildir”.

A.Əliyev yaz aylarında pandemiyanın bitəcəyi proqnozu verib:

“Hər il qrip virusuna yoluxanların sayı koronavirusdan qat-qat çox olur. Heç qripə görə karantin olmayıb. Hazırda yoluxma təhlükəli həddə deyil. Çünki həm peyvənd olunanları sayı artıb, həm də yoluxub-sağalanlarda immunitet yaranıb. Belə gedərsə, düşünürəm ki, yaz aylarında pandemiya ilə vidalaşacağıq”.

Nəzrin Vahid

“Yaz aylarında pandemiya bitəcək” - Həkimdən proqnoz