Azərbaycanlı ailə Ukraynada atəş altına düşdü: 4 ölübackend

Azərbaycanlı ailə Ukraynada atəş altına düşdü: 4 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xerson azərbaycanlıları diaspor təşkilatı azərbaycanlı ailənin üç üzvünün Ukraynada atəş altına düşərək həlak olduğunu təsdiqləyib.

Diaspor təşkilatından verilən məlumata görə, Qoşqar Fərzəliyev ailəsi ilə birlikdə Xerson vilayətinin İvanovka şəhərində yaşayıb. Ötən gün Q.Fərzəliyevin həyat yoldaşı Nataliya Fərzəliyeva Xerson şəhərində təhsil alan oğlu Zauru evə gətirmək üçün avtomobillə Xersona gedib.

Avtomobildə qızı Səbinə və qonşunun övladı da olub. Avtomobil Xersondan İvanovkaya qayıdan zaman atəş altına düşüb. Nəticədə avtomobildə olan 4 nəfərin hamısı həlak olub.

Qeyd edək ki, Qoşqar Fərzəliyev əslən Cəbrayıl rayonundandır.