Samvel Karapetyanın ev dustaqlığının daha 3 ay uzadılması tələb olunub.
İnterpress.az xəbər verir ki, bu barədə “NEWS.am” məlumat yayıb.
Ermənistanın Korrupsiyaya Qarşı Məhkəməsində təxminən 6 saat davam edən məhkəmə iclasında prokuror “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın ev dustaqlığının daha 3 ay uzadılmasını tələb edib.
Hazırda Karapetyan ev dustaqlığındadır və məhkəmə onun barəsində seçilmiş qətimkan tədbiri məsələsinə baxır.
Xuraman Etibarlı
İnterpress.az






