“Bir gecənin içində karyeramı itirdim”backend

“Bir gecənin içində karyeramı itirdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

62 yaşlı aktrisa Cennifer Qrey “Out of the corner” adlı yeni kitabında 90-cı illərin əvvəllərində keçirdiyi uğursuz plastik əməliyyatdan danışıb.

 

İnterpress.az xəbər verir ki, aktrisa bu əməliyyatdan sonra karyerasının bitdiyini bildirib.

“Artıq mən deyildim. Heç kim məni tanımırdı. Bir gecənin içində həm kimliyimi, həm də karyeramı itirdim. Sanki görünməz olmuşdum.

Bütün həyatım boyu rinoplastikanın əleyhinə olmuşam, lakin anam həmişə burnumu düzəltməli olduğumu deyirdi. Birdən anladımki, məşhur olmaq üçün nələrisə dəyişməli, məndən gözlənilən bəzi şeyləri etməliyəm. Çünki bunu etsəm, rollarımda maneələrlə qarşılaşmayacağımı  düşünürdüm.

Burun əməliyyatından sonra film premyerasına getdim. Dostum, aktyor Maykl Duqlasın mənə baxdığını lakin tanımadığını anladım. O, mənim kim olduğumu bilmədi. Çünki çox dəyişmişdim. Bütün dünyanın gözündə özüm olmağı dayandırmışdım”.