İranın Kərəc şəhərində baş vermiş iğtişaşlarda 1 bəsic könüllülər dəstəsinin üzvü həyatını itirib.
İnterpress.az xəbər verir ki, Kərəc şəhərinin “Behişt Səkinə” və “Kamal şəhr” bölgəsində baş verən iğtişaşlarda Ruhullah Əcəmi adlı bəsic qüvvəsinin üzvü belindən bıçaqla vurularaq həyatını itirib.
İğtişaşlar zamanı daha 5 polis əməkdaşı yaralanıb.
Onlardan ikisinin vəziyyəti ağırdır.