Rusiyada ev heyvanını həyətdə və ya bağ sahəsində basdıranları 5 min rubl (təxminən 100 manat) cərimə gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə hüquqşünaslar xəbərdarlıq ediblər.
Məlumata görə, ölmüş heyvanların qalıqları bioloji tullantı hesab olunur və onların torpağa basdırılması qanunla qadağandır.
Bu qaydanı pozan ev heyvanı sahibləri 5 min rubl (təxminən 100 manat) məbləğində cərimələnə bilərlər.
Hüquqşünaslar bildirirlər ki, ev heyvanı öldükdən sonra sahibləri Dövlət Baytarlıq Xidmətinə müraciət etməlidirlər.
Heyvan qalıqlarının utilizasiyası müvafiq qaydada həyata keçirilməlidir.
Xuraman Etibarlı
İnterpress.az






