Ukrayna Milli Polisinin departament rəisinin müavini saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Milli Polisin departament rəisinin müavini Vladimir Tsenovu saxlayıb.
Bildirilir ki, NABU tərəfindən yayımlanan yeni səs yazılarında Tsenov “Prays” kod adı ilə xatırlanır.
Onun polis tərəfindən çağrı mərkəzlərinin fəaliyyətinə himayədarlıq etdiyi iddia olunur.
Xuraman Etibarlı
İnterpress.az






