Dəvələr Həştərxanda nəqliyyatın hərəkətini iflic edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Dəvələr bütün gecə Həştərxan şəhərinin küçələrində və həyətlərində dolaşıb, Volqa çayı üzərindəki körpünü və dəmir yolu xətlərini bağlayıblar.
Hadisə səbəbindən körpüdə reversiv hərəkət təşkil edilib, Dərbənd-Moskva istiqamətində hərəkət edən qatar isə bir saat gecikib.
Məlumata görə, dəvələrin bəziləri hələ də şəhərdə sərbəst dolaşır. Onların yerli fermalardan birindən qaçdığı ehtimal olunur.
Xuraman Etibarlı
İnterpress.az






