İndoneziyada meşə yanğınlarının söndürülməsi zamanı hərbi helikopter qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Qəza Sunqay-Perlu kəndi yaxınlığında baş verib. Meşə yanğınlarının söndürülməsində iştirak edən helikopter su götürən zaman texniki nasazlıq yaranıb və nəticədə çaya düşüb.
Helikopterin göyərtəsində 8 hərbçi olub. Hadisə nəticəsində bir nəfər həyatını itirib.
Xuraman Etibarlı
İnterpress.az






