İran Hörmüz boğazından neft daşımalarını dayandırmaq üçün bütün imkanlarından istifadə edir.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Tehran partizan müharibəsi taktikasına keçib.
İran gəmilərə kamikadze sualtı dronlarla hücum edir, maqnit minaları yerləşdirir və qumbaraatanlarla təchiz olunmuş kiçik katerlərdən istifadə edir.
Bu yolla İran neft daşımalarını pozmağa və danışıqların dalana dirənməsi fonunda ABŞ Prezidenti Donald Tramp administrasiyasına təzyiqi artırmağa çalışır.
Oktyabr ayında Hörmüz boğazında gəmilərə qarşı 35-dən çox hücum qeydə alınıb.
Xuraman Etibarlı
İnterpress.az






