Leninqrad vilayətində keçmiş sevgilisi tərəfindən balkondan atılan qadın komadan ayılaraq baş verənləri danışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
30 yaşlı Yekaterina 22 yaşlı keçmiş sevgilisi İvanla ad günü məclisində mübahisə edib. Mübahisəyə xəyanət şübhəsi və gəncin narkotik maddələrdən istifadə etməsi səbəb olub.
Hadisədən sonra Yekaterina evə qayıdıb. İvan isə mənzilə başqa bir gənc qadınla gəlib və intim münasibət təklif edib. Yekaterina bundan imtina etdikdən sonra onu alt paltarında balkona çıxarıb.
Zərərçəkənin sözlərinə görə, evə buraxılması üçün etdiyi yalvarışlardan sonra İvan qapını açaraq onu balkondan atıb.
Qadını yerdə görən qonşular onun üzərini örtərək təcili tibbi yardım çağırıblar.
Yekaterina başından, döş qəfəsindən və çanaq nahiyəsindən ağır xəsarətlər alıb, qabırğaları sınıb. O, bir aydan çox komada qalıb.
Məlumata görə, İvan yaxın vaxtlarda Moskvadan video paylaşaraq özünü kater kapitanı kimi təqdim edib.
Xuraman Etibarlı
İnterpress.az






