Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılırbackend

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır.

İnterpress.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı deyib.