Argentinanın vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum edilibbackend

Argentinanın vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə Argentinanın vitse-prezidenti Kristina Fernandes de Kirşneri korrupsiya işi üzrə təqsirli bilib.

Müvafiq qərarı ölkənin İkinci Federal Məhkəməsi verib.

Bildirilib ki, siyasətçi 6 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, o, dövlət vəzifəsində işləmək hüququndan ömürlük məhrum edilib.

Bununla belə, qərar dərhal qüvvəyə minməyib, çünki Fernandes de Kirşnerin toxunulmazlığı var və hökmdən apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, 69 yaşlı Kristina Elisabet Fernandes de Kirşner 2019-cu ilin dekabrın 10-dan vitse-prezident vəzifəsindədir. Onun toxunulmazlığı 2023-cü ilin dekabrın 10-da yekunlaşacaq.