Moldova Prezidenti ABŞ-ın vitse-prezidenti ilə görüşübbackend

Moldova Prezidenti ABŞ-ın vitse-prezidenti ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ evdə ABŞ-ın vitse-prezidenti Kamala Harris və Moldova Prezidenti Maya Sandu arasında görüş baş tutub.

Bu barədə Ağ ev məlumat yayıb.

Bildirilib ki, vitse-prezident Moldovanın islahat gündəmindəki irəliləyişini alqışlayıb və ABŞ-ın Moldovanın enerji təhlükəsizliyinə və özünümüdafiəsinə dəstəyini bir daha təsdiqləyib.

Bundan başqa, tərəflər Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin Moldovaya təsirini, o cümlədən Moldovanın ukraynalı qaçqınları qəbul etmək səylərini müzakirə ediblər.

Xatırladaq ki, Moldova Prezidenti Maya Sandu ABŞ-da səfərdədir. Dövlət başçısı Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun rəhbərliyi, eləcə də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi və digər rəsmi şəxslərlə görüşüb.