Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rus işğalçılarının hərbi itkiləri ilə bağlı yenilənmiş məlumatı dərc edib.
İnterpress.az xəbər verir ki, məlumatlar fevralın 24-dən dekabrın 7-dək olan dövrü əhatə edir.
Məlumata əsasən, təxminən 92740 hərbiçi, 2935 tank , 5909 zirehli maşın və 1923 artilleriya sistemi itkisi qeydə alınıb. Həmçinin 281 təyyarə , 264 helikopter və pilotsuz uçuş aparatı sıradan çıxıb.
Kreml itkilərlə bağlı məlumatları müntəzəm olaraq yeniləmir. Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə sentyabrın 21-də itkilər barədə məlumat vermiş və 5937 nəfərin öldüyünü bildirmişdi.






