İndiyədək “YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği məlum olub.
Bu barədə İnterpress.az-ın sorğusuna cavab olaraq Fonddan məlumat verilib.
Bildirilib ki, Fonda indiyədək 75 846 318,85 manat vəsait yığılıb. Onlardan da 71 612 351,53 manatı xərclənib.
Qeyd edilib ki, hazırda Fondda 4 233 967,32 manat vəsait qalıb.
Minayə Əlili
İnterpress.az






