“YAŞAT” Fonduna daxil olan 71,6 milyon manat hara xərclənib? – STATİSTİKAbackend

“YAŞAT” Fonduna daxil olan 71,6 milyon manat hara xərclənib? – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“YAŞAT” Fonduna daxil olan vəsaitin 71 612 351,53 manatı xərclənib.

Bu barədə İnterpress.az-ın sorğusuna cavab olaraq Fonddan məlumat verilib.

Bildirilib ki, vəsaitin 41 milyondan çoxu məişət şəraitinin yaxşılaşdırılmasına sərf olunub.

Bundan əlavə, 22 milyondan çoxu tibbi xərclərin ödənilməsi, 7 milyona yaxını borc öhdəliklərinin qarşılanması, 2 milyona yaxını isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına xərclənib.

Qeyd edək ki, Fonda indiyədək 75 846 318,85 manat vəsait yığılıb.

Hazırda Fondda 4 233 967,32 manat vəsait qalıb.

Daha ətraflı Fonda daxil olan vəsaitin məbləğini oxuyun: “YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Minayə Əlili
İnterpress.az