Qanunsuz qazıntı işləri aparan 12 nəfər cinayət başında yaxalanıbbackend

Qanunsuz qazıntı işləri aparan 12 nəfər cinayət başında yaxalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyanın Kumluca rayonunda qanunsuz qazıntı işləri aparan 12 şübhəli saxlanılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Yerli polis Kumlucanın Yenikışla və Yazır məhəllələrində qanunsuz qazıntı işlərinin aparıldığına dair məlumatlar əldə edib.

Qanunsuz qazma işləri aparan şəxslər cinayət başında yaxalanıb.

Axtarış zamanı 1 ədəd generator, akkumulyator, 4 ədəd plastik partlayıcı maddə, 2 ədəd balyoz, çəngəl, kürək, mişar, elektrik qazan, 2 ədəd qızıl və 4 ədəd mobil telefon götürülüb.