İnterpress.az xəbər verir ki, danışıqlar Ukraynanın şərqində gedən döyüşlərin qısa zamanda dayandırılması barədə olacaq.
Xatırladaq ki, Merkellə Olland fevralın 5-də Kiyevə gəlib. Ukrayna paytaxtında danışıqlar gecəyə qədər davam edib. Amma nəticəylə bağlı heç bir bəyanat verilməyib.
Putinin köməkçisi Yuriy Uşakov qeyd edib ki, Moskva konstruktiv dialoqa hazırdır və Donbasla Kiyev arasında münasibətlərin yaranmasında maraqlıdır.
İnterpress.az