Yaponiya hökuməti Ukraynaya 5,5 milyon dollarlıq maliyyə yardımı paketi açıqlayıb.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
Kişida Fumio hökuməti fevralın 24-nə, Rusiyanın hücumlarının birinci ildönümünə qədər Ukraynaya yardımı artırmağı hədəfləyir.
Paytaxt Tokioda verdiyi simpoziumda çıxış edən baş nazir Kişida Fumio Ukraynaya 5,5 milyon dollar maliyyə yardımı veriləcəyini açıqlayıb.
Maliyyə yardımının Ukraynanın infrastrukturunun təmirinə sərf edilməsi planlaşdırılır.