Salah avrokuboklarda Cerrardın rekordunu qırıbbackend

Salah avrokuboklarda Cerrardın rekordunu qırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul”un hücumçusu Məhəmməd Salah komandasının heyətində avrokuboklarda qolların sayına görə “qırmızılar”ın əfsanəvi kapitanı Stiven Cerrardın rekordunu qırıb.

“Real Madrid”ə qarşı oyunda misirli 42-ci qoluna imza atıb.

Beləliklə, 31 yaşlı forvard 41 qola sahib sabiq yarımmüdafiəçi S. Cerrardı geridə qoyub.

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 finalında İspaniyanın “Real Madrid” komandasına qarşı oynayan “Liverpul” öz meydanında 5:2 hesabı ilə məğlub olub. “Qırmızılar” oyunun ilk 14 dəqiqəsində “Kral klubu”nun torunu 2 dəfə silkləyə bilsə də, oyundakı üstünlüyünü qısa müddətdə itirib.