Polşa Prezidenti Qərbi Ukraynaya qırıcı ötürməyə çağırıbbackend

Polşa Prezidenti Qərbi Ukraynaya qırıcı ötürməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevin qırıcılara ehtiyacı varsa, Qərb bunları Ukraynaya verməlidir.

Bu barədə Polşanın Prezidenti Ancey Duda CNN-ə müsahibəsində deyib.

“Əgərə belə bir tələbat varsa, əlbəttə”, – o jurnalistin müvafiq sualına cavab verib.

Duda işarə edib ki, Polşada “MiQ-29” qırıcıları var, onlar üçün Ukrayna qoşunlarının əlavə təlim keçməsinə ehtiyac yoxdur, lakin Kiyevə Qərb təyyarələrinin verilməsi sual altındadır.

“Məsələ ondadır ki, ukraynalı pilotlar NATO-nun müasir təyyarələrini, məsələn, “F-16”, “Mirage”, “Eurofighter” və ya digər müasir texnika növlərini idarə etməyi nə vaxt öyrənə biləcəklər, çünki pilot hazırlığı prosesi mürəkkəb və uzundur”, – A. Duda vurğulayıb.