“Heç nə “plan üzrə” getmir və getməyəcək” – Politoloq rəyibackend

“Heç nə “plan üzrə” getmir və getməyəcək” – Politoloq rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna sürətlə NATO silah sistemləri ilə silahlanır, yəni ittifaqın hərbi infrastrukturuna inteqrasiyası başlayıb”.

İnterpress.az xəbər verir ki, bu sözləri Rusiyanın mövcud siyasi vəziyyətini şərh edən politoloq Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, NATO-nun Rusiyanın dəniz və quru sərhədləri yaxınlığındakı hərbi mövcudiyyəti və hərbi infrastrukturu daha da genişlənib, təkcə Avropadakı ABŞ qoşunlarının sayı 100 mini ötüb:

“Bir il əvvəl Putin qorxulu görünürdü. Sözlərinin çəkisi və təsiri var idi. İndi isə öz-özünə eyni şeyləri təkrarlayıb duran qoca marazmatik kimi görünür, sözlərinin əvvəlki çəkisi və təsiri qalmayıb. Bir il əvvəl Ukraynanın avroatlantik inteqrasiyası tamamilə qeyri-müəyyən mövzu kimi görünürdü: NATO-ya yaxın gələcəkdə qəbul olunmayacağı aydın idi, Avropa Birliyi isə ümumiyyətlə, üzvlük perspektivi (yəni “gələcəkdə, nə vaxtsa sizi qəbul edə bilərik” vədi) verməkdən imtina edirdi. Ukrayna artıq AB üzvlüyünə rəsmi namizəddir və müharibədən sonra qısa müddətdə üzv qəbul olunacaq. Ukrayna sürətlə NATO silah sistemləri ilə silahlanır, yəni ittifaqın hərbi infrastrukturuna inteqrasiyası başlayıb.

Müharibədən sonra Ukrayna qısa müddətdə NATO-ya qəbul olunacaq, bunu artıq NATO baş katibinin və aparıcı üzv dövlətlərin rəhbərlərindən də eşidirik. Rusiya rəhbərliyi bu qış Avropanın Rusiya qazı olmadan donacağını bildirir və bu mövzuda ergen videoları çəkib yayırdı. Qış qurtarır və heç kim donmadı. Üstəlik, Avropa Rusiyanın enerji asılılığından xilas oldu. Rusiya Ukraynanın enerji infrastrukturuna yüzlərlə raket atdı və güman edirdi ki, bununla Ukraynada yaşayışı dözülməz edəcək və insanlar ya kütləvi şəkildə Avropaya axışacaq, ya da Zelenskiyə qarşı üsyana qalxacaq. Amma Rusiya Ukraynanın enerji infrastrukturuna zərər vursa da, onu məhv edə bilmədi, insanlar qaçmadı və ya hökumətə qarşı etirazlara başlamadı”.