İspaniyanın müdafiə naziri Marqarita Robles ölkəsinin Ukraynaya 6 Leopard 2A4 tipli tank göndərəcəyini açıqlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Robles parlamentdəki çıxışında Rusiyaya qarşı müharibədə istifadə edilmək üçün Ukraynaya təhvil veriləcək 6 ədəd Leopard 2A4 tankının martın sonu, aprelin əvvəlində göndəriləcəyini bildirib.