ABŞ-da təyyarə qəzası nəticəsində 5 nəfər həlak olubbackend

ABŞ-da təyyarə qəzası nəticəsində 5 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Arkanzas ştatında iki mühərrikli “Beech BE20” təyyarəsi Litl Rok Milli Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

Bu barədə ABC telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Təyyarədə olan beş nəfərin hamısının öldüyü qeyd edilir.

“Həmin vaxt güclü fırtına yaxınlaşırdı. Bu iki hadisənin bir-birinə bağlı olub-olmadığını bilmirəm, amma güclü külək oldu, bir neçə dəqiqə leysan yağış yağdı”, – ABC yerli polis departamentinin nümayəndəsinin sözlərindən sitat gətirib.