Türkiyədə zəlzələlərdə 214 polis əməkdaşı həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Təhlükəsizlik Baş İdarəsi Kahramanmaraşda baş verən zəlzələlərdə 214 hüquq-mühafizə orqanı əməkdaşının öldüyünü açıqlayıb.
Bildirilib ki, itkin düşmüş polis əməkdaşları arasında polis rəisi də var.