Braziliyada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 48-ə çatıbbackend

Braziliyada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 48-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın San-Paulu əyalətində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 48-ə çatıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

San-Paulu əyalətinin rəhbəri fevralın 18-dən bəri davam edən daşqınlarda ölənlərin sayının artdığını bildirib.

Təbii fəlakətdə indiyədək 48 nəfərin həyatını itirdiyi, 36 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi vurğulanıb.

Fəlakət bölgəsindən təxminən 3 min insan təxliyə edilib.

Bölgəyə humanitar yardım hərbi helikopterlə çatdırılıb.