backend

ABŞ-ın Florida ştatında atışma nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatının Orlando şəhərində baş verən atışmada 9 yaşlı uşaq və müxbir də daxil olmaqla 3 nəfər həlak olub.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Florida Şerif Ofisi silahlı şəxs Keith Melvin Moses nəzarətə götürülüb.

20 yaşlarında olan qadın və onun 9 yaşlı qızı evlərinin yaxınlığındakı hücumda ölüb.

Polis hücumu işıqlandırmaq üçün gələn iki müxbirin də güllə hədəfi olduğunu və onlardan birinin həyatını itirdiyini bildirib.

Hücumun səbəbi hələlik məlum deyil, hadisə ilə bağlı araşdırmalara başlanılıb.